"Ukraynalılar 1991-ci ildəki Ukrayna sərhədlərinə çatana qədər dayanmayacaqlar"— Yermak

GÜNDƏM 07 noy 2022, 23:37
Ukraynalılar 1991-ci ildən etibarən Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çatana qədər Rusiya Federasiyasına qarşı çıxmaqdan əl çəkməyəcəklər.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə "Telegram"da Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib  .

Yermak qeyd edib ki, səmərəlilik ukraynalılar üçün, kəmiyyət isə ruslar üçün işləyir.

"Ölənləri saymamaq, onları unutmaq - Rusiya müharibəsinin bütün mahiyyəti budur. Amma kəmiyyət heç vaxt keyfiyyətə qalib gəlməyəcək. Və biz 1991-ci ilin sərhədlərinə çatana qədər dayanmayacağıq", - Yermak vurğulayıb.

Qeyd edək ki, fevralın 24-dən noyabrın 7-dək Ukrayna Silahlı Qüvvələri  76 min 460 rus əsgərni məhv edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top