"Moskva bir şərti yerinə yetirməlidir" — AÇIQLAMA

GÜNDƏM 07 noy 2022, 21:56
"Ukrayna Rusiya Federasiyası ilə danışıqlardan imtina etmir, bunun üçün Moskva bir şərti yerinə yetirməlidir. Ukrayna heç vaxt Rusiya Federasiyası ilə danışıqlardan imtina etməyib və öz şərtini irəli sürüb. Danışıqlardakı mövqeyimiz məlum və açıqdır"

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə  Ukrayna Prezident Aparatının rəhbər müşaviri Mixail Podolyak Twitter -də yazıb .

Podolyakın sözlərinə görə, Ukrayna bu zaman danışıqlara gedə bilər:  Rusiya qoşunlarnı Ukrayna ərazisindən çıxartsın.

O bildirib ki,  Rusiya prezidenti Vladimir Putin isə buna hazır deyil.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimr Zelenski  Ukraynanın Putinlə danışıqlara getməyəcəyini demişdi:

“Biz artıq Rusiya ilə Rusiyanın başqa bir prezidenti ilə dialoqa hazırıq. Putin ləyaqət və dürüstlüyün nə olduğunu bilmir”.

Leyla
Demokrat.az



"
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top