NATO-dan Kosovaya dialoq çağırış

DÜNYA 06 noy 2022, 10:48
NATO-nun Kosovo sülhməramlı qüvvələri (KFOR) tərəfləri Kosovoda avtomobil nömrələrindən istifadə ilə bağlı münaqişənin konstruktiv dialoq yoluna çağırıb.

Demokrat.az
xəbər verir ki, qurumun yaydığı açıqlamada Kosovoda təhlükəsiz mühitin qorunması üçün vəziyyətin yaxından izlənildiyi bildirilib.

Eyni zamanda, Serbiya və Kosovo hökumətləri, eləcə də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirildiyi vurğulanıb.

Bəyanatda deyilir: "Biz hər kəsi konstruktiv dialoq vasitəsilə fikir ayrılıqlarını həll etməyə və müzakirə etməyə çağırırıq. Cəmiyyətə tərəqqi gətirin! Fikirlərinizi sülh yolu ilə bildirin və barışıq axtarın!".

Kosovoda avtomobil nömrələrinin istifadəsi ilə bağlı yeni tələblər gərginliyə səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top