Salyanda Zəfər Tarixi adlı rəsm müsabiqəsi keçirilib — FOTOLAR

SOSİAL 05 noyabr 2022, 19:30
05 noyabr 2022-ci il tarixdə Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Salyan rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə və Salyan rayon Uşaq Gənclər inkişaf Mərkəzinin dəstəyi ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş Zəfər Tarixi adlı rəsm müsabiqəsi keçirilmişdir.

İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov bildirdi ki, Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür.

Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.

Tədbirdə çıxış edən Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Etibar Axundov qeyd etdi ki, Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Dağlıq Qarabağ probleminin həll edilməsi ilə region dövlətləri üçün yeni reallıq yarandı.

Tədbirdə çıxış edən Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazarova bildirdi ki, 44 günlük müharibədə Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun bu əməliyyatı hərb tarixinə düşəcək bir qəhrəmanlıqdır.

Daha sonra müsabiqə iştirakçıları rəsm işlərinin çəkilməsinə başladılar.
Sonda qaliblər və fərqlənmiş iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif edildilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top