Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi artıb

XARİCİ SİYASƏT 04 noy 2022, 18:16
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 34% artaraq 4,35 mlrd. ABŞ dollarına çatıb.

Demokrat.az xəbər verir ki, bu, bu gün Bakı şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında açıqlanıb.

Eyni zamanda post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top