Keçilərin səsinə oyanan ailə evdə dəhşət yaşadı — FOTO

MARAQLI 03 noy 2022, 23:35
Hindistanda evin içində timsahlarla qarşılaşan ailə dəhşətə gəlib.

Demokrat.az
 İHA-ya istinadən xəbər verir ki, hadisə İftar Pardeş əyalətinin Etavah bölgəsində baş verib. 

Caitia kəndində gecəyarı keçilərin səsinə oyanan ailə evin içərisindəki 2,5 metr uzunluğundaki timsahı görəndə dəhşətə gəlib.

Əldə olunan məlumata görə, ailənin atası Sinq ətrafa baxarkən dəhşətə gəlib. 

O, evdə timsahın gəzdiyini görüb. Onu təkbaşına bacara bilməyəcəyini anlayan kişi polisə xəbər verib.

Hadisə yerinə gələn polis əməkdaşları uzun mübarizədən sonra timsahı nəzarət altına ala biliblər.

Yerli mediaya açıqlama verən Sinq bunları deyib:

"Gecə keçilərin mələyən səsinə oyandıq. Evdə gəzdiyimiz zaman timsahı tapdıq. Onun haradan gəldiyi və ya necə içəri girdiyi barədə heç bir məlumatımız yoxdur".


Həsən
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top