Göygöl sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər bəlli oldu — FOTOLAR

SOSİAL 03 noy 2022, 17:50
“Xahiş edirik , Göygöl rayonunun  Yalqışlaq, Quşçu və Danayeri kəndlərinin yaxın gələcəkdə qazlaşdırılmasını həyata keçirəsiniz”.

Bu müraciətlə müvafiq olaraq Zülfüqar Abbasov, Koroğlu Məmmədov və Gülabatın Abbasova mikrofon önündə çıxış ediblər.

Ümumilikdə 6 müraciətin səsləndirildiyi “Səyyar qəbul otağı”nın digər sakinləri qaz xəttinin yerinin dəyişdirilməsi ilə yanaşı, həm də göstərilən köməklikliyə görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.

Bəzi problemlərin araşdırılmasına qərar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top