"Ukrayna vədini pozarsa, Rusiya..."— Putin

GÜNDƏM 02 noy 2022, 21:49
"Kiyev humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə etməmək vədini pozarsa, Moskva taxıl sazişlərindən çıxmaq hüququnu özündə saxlayır"

Demokrat.az
 TASS-a istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin  Təhlükəsizlik Şurasının iclasında bildirib.

O, bildirib ki, Kiyev Moskvaya taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair zəmanət verib.

"Mən Müdafiə Nazirliyinə bu işdə tam iştirakımızı bərpa etmək üçün göstəriş vermişəm. Eyni zamanda, Ukrayna bu zəmanətləri pozarsa, Rusiya bu razılaşmalardan çıxmaq hüququnu özündə saxlayır", - Putin vurğulayıb.

Rusiya lideri diqqəti ona çəkib ki, ilkin olaraq taxıl müqaviləsinin məqsədi ən yoxsul ölkələrə yardım etmək olub. Bunun üçün Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmi yaradılıb. 

"Təəssüf ki, Ukrayna bu humanitar dəhlizdən Rusiyanın Qara dəniz donanmasına hücum cəhdi üçün istifadə edib. Bu səbəbdən biz bu taxıl karvanlarında iştirakımızı dayandırmaq qərarına gəldik", - Putin bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top