“Özünə mesaj göndər” — "WhatsApp"a yeni funksiya gəlir

İKT 01 noy 2022, 23:26
2 milyard aktiv istifadəçisi ilə dünyanın ən böyük mesajlaşma şəbəkəsinə sahib olan "WhatsApp"-ın yeni funksiya üzərində çalışdığı açıqlanıb.

Demokrat.az Haberler.com-a istinadən xəbər verir ki,  "WhatsApp" insanlara özlərinə mesaj göndərməyə imkan verəcək.

Belə ki, mesaj göndərərkən "özünə  mesaj göndər" seçimi görünəcək və istifadəçilər bu çatda özlərinə mesaj göndərə biləcəklər.

"WhatsApp", milyonlarla istifadəçinin bu proqrama notepad kimi üstünlük verməsindən sonra belə bir funksiyanı hazırlamaq qərarına gəlib. 

Hələlik yeniliyin nə vaxt tətbiq olunacağı məlum deyil.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top