DTX-nin saxladığı vəzifəli şəxslərlə bağlı yeni məlumat — Yaxın qohumlardır...

MƏDƏNİYYƏT 01 noy 2022, 16:59
Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı saxlanılan İlkin Nəsibov və Elnur Əliyevlə bağlı yeni məlumat üzə çıxıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovla digər saxlanılan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yaxın qohumdur.

İlkin Nəsibov Elnur Əliyevin xalası oğludur. 

İlkin Nəsibov 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

O, 2020-ci ilin avqustunda xalası oğlu olan Elnur Əliyevin vasitəsilə Mədəniyyət Nazirliyində vəzifəyə təyin olunub. 


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top