Narkotik alverində ittiham olunan qadına bəraət verildi

KRİMİNAL 01 noy 2022, 10:00
Bakıda narkotik alverində ittiham olunan Səadət Sadıqovanın barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Səadət Sadıqovanın apellyasiya şikayəti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Onun barəsində bəraətverici hökm çıxarılıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Sadıqovanın barəsində 8 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilmişdi.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan olunmuşdu.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top