İlham Əliyevin və Nikol Paşinyanın bədən dili — Dövlət başçılarının emosiyaları nə deyir...

SİYASƏT 08 oktyabr 2022, 08:56
Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Bura bədən quruluşu, jestlər, üz ifadələri, göz hərəkətləri kimi davranış formaları daxildir. 

Hazırda dünyanın diqqəti Praqada keçirilən mühüm sammitdədir. Bildiyimiz kimi, sammitdə İlham Əliyev və Nikol Paşinyan da iştirak edirdi.

Hər iki ölkənin dövlət başçısı tez-tez media qarşısında şəkillər çəkdirdilər.

Maraqlıdır, prezidentlərin bədən dilləri onlar haqqında nə deyir?

Bədən dili üzrə mütəxəssis Babək Bayramov Demokrat.az-a açıqlamasında bunları deyib:

"Paşinyan burada başını və çiyinlərini aşağı sallayıb, əllərini bir-birinə kilidləyib və gözlərini aşağı dikib. Bütün bunların hamısı bir günahkar olduğunu  göstərən əlamətlərdir. Eyni zamanda da,  deyiləcək bir şey yoxdur və özümü kilidləmişəm mənasını da verə bilər. Əzilmişdik, qurbanlıq, günahkarlıq duyğularının göstərir. Monitor şəklində göstərən məqam budur, zəifliyini büruzə verir".

"Ancaq Cənab prezident İlham Əliyevin duruşu, baxışı, yəni başını dik tutması məğrurluq və qürur ifadəsidir. Eyni zamanda, yuxarı doğru baxması yüksək ideyaların olmasından xəbər verir. Açıq alın daha geniş fikirli olmağını bildirir. Əllərini o qədər rahat qoyub ki, yanlarıa, yəni "rahatam, arxayınam, özümə güvənim çoxdur" mesajlarını verir. Çiyinlərini açıq saxlaması, sinəsini önə verməsi önəm daşıyır. Çünki mən dediyimiz zaman biz bunu sinə ilə ifadə edirik. Bütün bunların hamısı da burada görünür. Bir qalibiyyət rəmzi kimi bunu görə bilirik, eyni zamanda rahatlığı da özündə birləşdirib".

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top