İran prezidentinin köməkçisindən şok etiraf — VİDEO

REGİON 29 noyabr 2024, 23:36
İran prezidentinin etnik və dini məsələlər üzrə xüsusi köməkçisi Mahmud Ələvinin "Nüvə şəhidlərinin həyatının şifahi tarixi" adlı kitabının İslam İnqilabının Sənədləri Mərkəzində keçirilmiş təqdimat mərasimindəki çıxışı mediada və sosial şəbəkələrdə geniş müzakirələr doğurub və diqqəti yenidən İran təhlükəsizlik orqanlarının İsrail kəşfiyyatı qarşısında acizliyinə yönəldib.

Bu barədə "Azad İran" "YouTube" kanalı xəbər verir.

Xatırladaq ki, Mahmud Ələvi 2013-21-ci illərdə İran Təhlükəsizlik Nazirliyinin, yəni "Ettelaat"ın rəhbəri olub və haqqında danışdığı hadisələr, əsasən, onun həmin vəzifədə çalışdığı dövrdə baş verib. Söhbət on il ərzində, dəqiq desək, 2010-20-ci illər arasında İranın nüvə tədqiqatları sahəsində çalışan bir neçə aliminin terrora məruz qalmasından, İranın nüvə proqramına dair məxfi sənədlərin oğurlanaraq ölkədən çıxarılmasından və "İranın nüvə proqramının atası" adlandırılan Möhsün Fəxrizadənin Tehran yaxınlığında qətlə yetirilməsindən gedir.

İran hakimiyyəti ölkənin nüvə proqramına ciddi zərbə sayılan bu hadisələrdə birmənalı şəkildə İsraili ittiham edib, eyni zamanda, onların hər biri ilə bağlı müxtəlif hesabat və məlumatlar yayıb, həmçinin bu işlərdə əli olduğu iddia edilən bir çox şəxslər həbs və edam olunublar. Lakin Mahmud Ələvinin qətlə yetirilən nüvə alimlərinin ailə üzvlərinin də iştirak etdiyi təqdimat mərasimindəki qısa çıxışı ilk növbədə İran xüsusi xidmətlərinin İsrail kəşfiyyatının ölkə daxilindəki fəaliyyəti qarşısında faktiki olaraq heç nə edə bilməməsinin etiraf olunması baxımından diqqəti çəkib. Onun açıqlamaları, eyni zamanda, İsrail kəşfiyyatının İran hərbi-siyasi strukturlarına son dərəcə güclü nüfuz edə bilməsinin etirafı kimi səslənib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top