“Dağlıq Qarabağ”dan olan qaçqınlar Ermənistan Respublikasının vətəndaşlığı üçün müraciət etməyə tələsmirlər.
Demokrat.az xəbər verir ki, Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş nümayəndəsi, sabiq ombudsman adlandırılan Geğam Stepanyan belə deyib.
Onun sözlərinə görə, bunun həm subyektiv, həm də obyektiv səbəbləri var.
““Dağlıq Qarabağ” sakinlərinə 2023-cü ilə qədər verilən “070” kodlu pasportla Ermənistan Respublikası vətəndaşlarının malik olduğu bütün hüquqlar verirdi. Yeganə istisna səsvermə hüququ idi”, - deyə Stepanyan bildirib.
Eyni zamanda, Stepanyan Qarabağ sakinlərinin Ermənistanda qeydiyyata alındıqdan və adları seçici siyahılarına daxil edildikdən sonra öz səsvermə hüquqlarını tam şəkildə həyata keçirə bildiklərini qeyd edib.
““070” kodlu pasportlarla “Dağlıq Qarabağ”dan olanlar həm dövlət, həm də ictimai sahələrdə sakit işləyirdilər. Qanuna görə, bu, yalnız Ermənistan vətəndaşları üçün nəzərdə tutulmuşdu”, - Stepanyan əlavə edib. (cebheinfo.az)