Jurnalistlərin Qarabağa səfəri başladı

MEDİA 07 okt 2022, 09:59
"Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yerli jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Demokrat.az
xəbər verir ki, 30-a qədər media nümayəndəsinin iştirak etdiyi turda Füzuli, Hadrut və Şuşa şəhərinə səfər planlaşdırılır.

Jurnalistlər əvvəlcə inşası davam etdirilən Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzində görülən işlərlə tanış olacaq. Daha sonra Hadrut Qovşaq Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinə yollanacaqlar. 

Səfərin sonunda bu ilin mayında istifadəyə verilmiş Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində görülən işlər  barədə məlumatlandırılacaqlar.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top