Rusiyasız yeni dünya nizamı… — Borrel Praqa sammitinin mesajını açıqladı

DÜNYA 06 okt 2022, 14:05
“Oktyabrın 6-da Praqada keçiriləcək Avropa Siyasi Birliyinin sammitində liderlər Rusiyasız yeni dünya nizamı axtarışı ilə bağlı Moskavaya siqnal göndərəcəklər”.

Demokrat.az
xəbər verir ki, “Reuters” bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelə istinadən yazıb.

“Bu görüş Rusiyasız yeni dünya nizamı axtarır”, – Borrel deyib.

Avropa Siyasi Birliyinin ilk iclasında 44 dövlətin, o cümlədən Aİ-yə üzv 27 ölkənin, həmçinin Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Kosovo, Moldova, Serbiya, Böyük Britaniya və Ukraynanın iştirakı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top