Xalq artisti Rəhim Rəhimlinin məzarı önündə: “Adam olsaydınız, çox yaşayardı” — FOTOLAR

ŞOU-BİZNES 02 okt 2022, 18:05
Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl ürək xəstəliyi nəticəsində vəfat edən müğənni Rəhim Rəhimlinin məzarını ziyarət edib.

Demokrat.az
xəbər verir ki, Xalq artisti Rəhim Rəhimlinin Bülbülə qəbiristanlığındakı məzarı üstə əklil qoyub və mərhum müğənniyə Allahdan rəhmət diləyib. Röya Ayxan həm də Rəhim Rəhimlinin xəstəliyi haqqında bilən və ona dəstək olmayan yaxınlarına irad bildirib:

“Səninlə tək vidalaşmaq istədim…Kimsəyə ziyanın dəymədi… Özündən başqa. Çox heyif. Mən ən çox onu qoruya bilməyən, bir addım yaxınında olanlara sözümü desəm, yerinə düşər. Adam olsaydınız, o, çox yaşayardı. Sizi də bu gözləyir, bilin”, - ifaçı instaqramda qeyd edib.

Xatırladaq ki, Röya Ayxan Rəhim Rəhimli ilə 2015-ci ildən bəri küsülü olublar.





DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top