Hərbi Prokurorluq sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparır

DAXİLİ SİYASƏT 02 okt 2022, 14:00
Hərbi Prokurorluq bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülərlə bağlı araşdırma aparır.

Demokrat.az
xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top