Meteor yağışı gözlənilir — VİDEO

DÜNYA 02 okt 2022, 08:49
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) oktyabr ayında baş verəcək maraqlı kosmik hadisələrin təqvimini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə səhifəsində məlumat verilib.

Bildirilib ki, Yupiter və Saturn ay boyu görünəcək. Oktyabrın 9-dan başlayaraq isə bütöv ay gecələri işıqlandıracaq.

Həmçinin, qeyd olunub ki, oktyabrda Orionid meteor yağışı gözlənilir. Oktyabrın 20-də “səma şousu” öz zirvəsinə çatacaq və ən çox meteoru məhz həmin gün müçahidə etmək mümkün olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top