BNA: "116 avtobusun hərəkət intervalında gecikmələr var"

SOSİAL 29 sen 2022, 19:20
Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 48 müntəzəm marşrut xətti üzrə 116 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

1.Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.
2.Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.
3.Binəqədi şosesi – Binəqədi istiqamətində 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.
4.Zabrat Şosesi – Maştağa istiqamətində 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqəyə gecikmə müşahidə olunur.
5.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 8-10 dəqiqə gecikmə müşahidə olunur.
6.Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-14 dəqiqəyə gecikmə müşahidə olunur.
7.Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top