Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib — VİDEO

HƏRBİ 29 sen 2022, 16:53
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top