UEFA "Qarabağ"la oyun öncəsi "Olimpiakos"u sərt cəzalandırdı

İDMAN 29 sen 2022, 09:57
UEFA "Olimpiakos" klubunu cəzalandırıb.

 Demokrat.az
qurumun rəsmi saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin azarkeşləri  "Frayburq"a 0:3 hesabı ilə uduzduqları görüşdə pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən, UEFA "Olimpiakos"u 50 min avro məbləğində cərimələyib və "Qarabağ"la oktyabrın 6-da keçiriləcək AL-nin qrup mərhələsinin III tur oyununda şimal tribunasına azarkeş buraxılmayacaq.

Yunanıstan klubu "Frayburq"la matçda ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı "Georgios Karaiskakis" stadionunda Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Cavab oyunu bir həftə sonra Bakıda olacaq. /Offsideplus.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top