Deputat: “Şəhidimizin qardaşı ətrafında şou yaradılması məni narahat edir”

GÜNDƏM 29 sen 2022, 08:11
"Hər şeydən əvvəl qeyd edim ki, bu son yaşanan hadisələr həqiqətən çox həssas məsələdir. Şəhid Səbuhinin qardaşı artıq cəmiyyətimizin də həssas nöqtəsinə çevrilib. Mənim üçün bütün şəhidlərimizin doğmaları əzizdir. Onlar üçün əlimizdən gələnin ən yaxşısını etməliyik".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

"Şəhidimizin qardaşının ətrafında şou yaradılması məni həqiqətən narahat edir. Bildiyimiz kimi, Azərbaycan qanunvericilliyində şəhidlərimizin qardaş-bacıları varisi hesab olunmur. Amma nəzərə almalıyıq ki, Səbuhi və qardaşı kiçik yaşlarından valideyn himayəsindən məhrum olublar, şəhidimiz də vətəni üçün canından keçib, biz hamımız onlara borcluyuq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən müəyyən mənada olunan bu güzəşti yüksək qiymətləndirirəm. Düşünürəm ki, qanunun şəhid varisi hesab edilməsə də, yenə də Səbuhinin qardaşı evlə təmin olunacaq. Bu sahədə aidiyyatı qurumun həssas yanaşması təqdirəlayiq haldır. Belədə şəhidimizin də ruhu şad olacaqdır. Müəyyən mənada istisnalar qanunun pozulması demək deyil. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan dövləti şəhidini daim uca tutur və tutacaq da".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top