“Ermənistan silahlanmağa başlasa, bu, onun üçün sonuncu müharibə olacaq” — ŞƏRH

SOSİAL 28 sen 2022, 23:18
“Sentyabr ayında Ermənistanın hərbi birləşmələrinin Kəlbəcər istiqamətində və sərhəd boyu təxribatına ordumuzun cavab əməliyyatından sondan Paşinyan ciddi narahatlıq keçirməsi göz qabağındadır. Paşinyan bu dəfə də tərəfdarlarına yardım üçün müraciətlrə ünvanladı. KTMT-nin təcili iclasını çağıraraq münaqişəyə qatılmasını istəsə də KTMT dövlətlərindən istədiyi dəstəyi ala bilmədi. Ermənistanın ikinci ən yaxın müttəfiqi Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsilik Şurası da KTMT-nin mövqeyinə uyğun bəyanat qəbul edərək sərhədlərin iki ölkə arasında delimitasiya olunmasının vacibliyini vurğulandı. Əslində Azərbaycanın istəyi də elə budur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib.

“Paşinyanın son günlər təlaşının nə ilə bağlı olduğu barədə dəqiq məlumatım olmasa da təhlilimə görə Ermənistan Azərbaycan tərəfindən sonuncu xəbərdarlıq almışdır. Ermənistanın eks prezidenti Ter-Petrosyan mövcud vəziyyəti anlayaraq Paşinyandan imzaladığı kapitulyasiya aktının tələblərini yerinə yetirməsini istəyib. O bildirib ki, Paşinyan olmasa da onun əvəz edəcək şəxs Azərbaycanın tələblərini yerinə yetirməyə məhkumdur. O, həmçinin Ermənistanın Qarabağda söz haqqının itirdiyini qeyd edib. Putinin Qazaxstanda KTMT qüvvələrinin təlimlərinə qatılmaqdan imtina edən Paşinyan nicat yolunu bu dəfə Qərbdə axtarmağa başlayıb. O da durumu çox gözəl anlayır və sülh sazişinin imzalanmasının qaçılmaz olduğunu bilir. Ona görə də, onun qərbdən istədiyi dəstəyin ana xəttində Qarabağ üçün minimum da olsa, hər hansı bir statusun saxlanılması üçün çalışır. Rusiya Ukraynda apardığı müharibə prizmasından baxsaq, Putinin Ermənistan üçün güzəşt istəməyə mənəvi və hüquqi haqqı da qalmamışdır. Qərblə Rusiyanın Qarabağa yanaşmasında paralel aparsaq, Putin istəyərdi ki, münaqişə dondurulsun və rus qoşunları Azərbaycan ərazisində qalmaqda davam etsin. Qərb isə problemin kökündən həll olmasını istəsə də, Azərbaycan ərazisində yaşayan ermənilər üçün hər hansı bir statusun verilməsinin tərəfdarıdır. Bizim istəyimiz isə hər iki mövqedən fərqlidir. Bizə ya qanunlarımıza əməl edən erməni vətəndaşları, ya da ermənisiz Qarabağ lazımdır”.

“Ermənistan mənbələri bildirir ki, Vaşinqton bu ölkəyə müasir silah satışı barədə qərar qəbul etmək niyətindədir. Bu baş verərsə, region üçün qarşısıalınmaz proseslərə səbəb ola bilər. Əvvəlcədən qeyd edim ki, Ermənistan silahlanmağa başlayarsa, bu onun üçün sonuncu müharibə ola bilər. Ona görə də, Ermənistanda denasifikasiya və demilitarizasiya əməliyyatları aparılmalıdır. Birincisi, Ermənistan silahlı qüvvələrinin ləğvi, ikincisi nasist təşkilatlarının qadağan olunması, üçüncüsü Ermənistanın neytral dövlətə çevrilməsidir”, -deyə analitik qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top