“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” — Hafiz Hacıyev

SOSİAL 28 sen 2022, 19:07
“Ölkəmizdə imkanlı şəxslər var ki, nə şəhid ailələrinə, nə də qazilərə heç bir dəstək göstərmir. Hesab edirəm ki, o insanlar ermənilərdən də, faşistlərdən də pisdir. Onlar şərəfsiz insanlardır”.
 
Bunu Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri bildirib ki, onların imkanı olduğu halda bir şəhid ailəsinə belə kömək etmirlər:

“Həmin şəxslər nə də övladlarını qoymurlar ki, getsin müharibədə iştirak etsin. Heç olmasa, canlarını qoruyurlar, pulları ilə şəhid ailələrinə köməklik etsinlər. Bu insanlar mənəviyyatlarını itirmiş adamlardır. Onlar Azərbaycan dövlətinə, Azərbaycan xalqına heç bir aidiyyatı olmayan insanlardır. Onlar elə də öləcəklər! Onlar bu dövlətin heç vaxt qayğısına qalmayacaqlar! Dövlətdən oğurlayıb!  Xalqına dəstək verməyən insanlardır! Bu insanlara necə münasibətim ola bilər ki?! Şəhid ailələri var ki, yatmağa yerləri yoxdur. Bunların kişilikləri yoxdur, vicdanları yoxdur, namusları yoxdur! Aparıb, o qədər küçə insanlarına ev alırlar ki, nə bilim xaricdə pul paylayırlar. Bunları 44 günlük müharibədə məhv etdiyimiz ermənilərə tay hesab edirəm. Ermənilər də bizə bu cür münasibət bəsləyir, onlar da”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top