Nazirlikdə kadr DƏYİŞİKLİYİ

SOSİAL 28 sen 2022, 17:57
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Təhlükəli Tullantılar” MMC-yə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Mübariz Şirinovdur.

O, yeni vəzifəsində Namiq Xankişiyevi əvəz edib.

Xatırladaq ki, “Təhlükəli Tullantılar” 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb. Nizamnamə kapitalı 200 manat olan şirkət həm də ölkə ərazisində ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiyası ilə məşğuldur

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top