Rafael İsgəndərov şəhid Müşviqin səsyazısını yaydı — FOTO/VİDEO

MARAQLI 27 sen 2022, 11:36
Əməkdar artist Rafael İsgəndərov İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun səsyazısını yayımlayıb.

Demokrat.az
xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

"Bu gün 27 Sentyabr Anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə R.İsgəndərov qeyd edib.

Qeyd edək ki, Ağdam rayonunun Abdal-Gülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb.


 


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top