Nazarbayevin qardaşı oğlu həbs edildi

REGİON 26 sen 2022, 17:25
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Zakon.kz” saytı məlumat yayıb.

Kayrat Satıbaldıulı cəzasını orta təhlükəsizlik müəssisəsində çəkəcək.

Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən, K.Satıbaldıulının milli təhlükəsizlik orqanlarının general-mayoru xüsusi rütbəsindən, habelə dövlət təltiflərindən, o cümlədən “Kurmet” və “Parasat” ordenlərindən məhrum edilməsi gözlənilir.

Nazarbayevin qardaşı oğlunun adının vəzifə səlahiyyətlərindən istifadə edərək korrupsiya cinayətlərinə qarışdığı qeyd olunur.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top