İzləyicisinin rəyi Damlanı əsəbiləşdirdi: “Öz balan şəhid olsun”

ŞOU-BİZNES 26 sen 2022, 00:22
Müğənni Damla növbəti dəfə paylaşımı ilə diqqət çəkib.

O, "Instagram" hesabında paylaşdığı fotolara tənqidi şərh yazan izləyiciyə cavab verib.

Belə ki, Damla izləyicisinin "Ayıb olsun, öz balan şəhid olsun. Onda biləcəksən analar nələr yaşayır. Nə vecinizə? Heç əziyyət çəkməyib belə ulduz oldunuz və indi konsert verirsiniz" şərhini, "Kim konsert verir? O hansı konsertdir ki, mənim xəbərim yoxdur? Qaldı ki, balamın şəhid olmasına, şəhidlik ali mərtəbədir. Allah o zirvəni hər kəsə nəsib etməz. Qədərimizdə nə varsa, onu yaşayacağıq.

Hər gün bir az daha sizin kimi beyinlərlə bir ölkədə yaşadığım üçün çox üzgünəm" - deyə, cavablandırıb./Lent.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top