Mahir Emreli: "Qələbəyə layiq idik"

İDMAN 25 sentyabr 2022, 22:18
"Oyun tam olaraq nəzarətimiz altında idi. Bəzi hallarda çatışmazlıqlarımız olurdu. Buna baxmayaraq, qələbəyə layiq idik".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən 25 yaşlı hücumçu zədədən yeni qayıtdığını bildirib: "Bu hallarda optimal formaya qayıtmaq çətin olur. Bu günlərdə hər birimizin qələbəy ehtiyacı var. Bu gün xalqımızı sevindirmk istəyirdik. Şəhidlər ölməz, Vətən bölünməz".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 22:15
15 sentyabr 2025, 21:28
15 sentyabr 2025, 20:58
Top