Rəsmi Moskvadan Ermənistana təhlükəli xəbərdarlıq

SİYASƏT 21 sen 2022, 14:56
Samvel Karapetyan vasitəsilə Rusiya rəhbərliyi Ermənistana xəbərdarlıq mesajı göndərib.

Məşhur «TAŞİR» şirkətlər qrupunun sədri, Ermənistan İş Adamları Assosiasiyasının sədri Samvel Karapetyan Ermənistanda tədricən pik həddinə çatan anti-Rusiya ritorikasına son qoymağa çağıran bəyanatla çıxış edib. Xüsusilə indiki çətin şəraitdə ikitərəfli çoxşaxəli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayan Karapetyan, əslində, anti-Rusiya ritorikasının qarşısının alınması üçün real addımlar atılmasa, Ermənistan üçün qaçılmaz olacaq gözlənilməz nəticələr barədə xəbərdarlıq edib: «Bu gün Rusiyada tarixi vətənləri ilə sıx əlaqədə olan bir neçə milyon erməni yaşayır. Biz bu gün iki müttəfiq dövlətin arasını kəsmək məqsədi ilə verilən ehtiyatsız bəyanatları ciddi düşünməliyik. Bu gün Ermənistana sülh lazımdır.»

Samvel Karapetyanın bu mühüm mesajının yalnız onun düşüncələrinin nəticəsi olduğunu düşünmək sadəlövhlük olardı. Օnun vasitəsilə Rusiya rəhbərliyi Ermənistana xəbərdarlıq mesajı göndərib ki, təhlükəli oyunlara əl atmayın və yaxşılığa doğru gedən ikitərəfli münasibətləri korlamayın ki, bu da təkcə Ermənistan üçün deyil, Rusiyada yaşayan ermənilər üçün də ölümcül nəticələr verə bilər. Söz yox ki, Karapetyanın xəbərdarlıq bəyanatında vurğu həqiqətən də obyektivdir. Dünyada demək olar ki, Ermənistan qədər Rusiyadan asılı olan ikinci bir ölkə yoxdur. Eyni zamanda, Karapetyanın indi, əslində, Nensi Pelosinin səfəri ilə paralel olaraq belə bir çağırış etməsi o deməkdir ki, onlar Nikol Paşinyana həyatın həqiqətlərini xatırlatmaq qərarına gəldilər, lakin Ermənistan hökumətinin bu xəbərdarliqgan nə kimi nətisələr çıxaracağını zaman göstərəcək.


İsmayıl Tanrverdi   
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top