Region

Ərdoğan İsrailə səfər edəcək

Ərdoğan İsrailə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı yəhudi icmasının bir neçə yüksək vəzifəli üzvünə İsrailə səfər etmək niyyətində olduğunu bildirib.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri ABŞ-da yəhudi icmasının nümayəndələri ilə görüşündə deyib.

Türkiyə liderinin ehtimal olunan səfərinin tarixi barədə məlumat verilmir.

Eyni zamanda, İsrailin baş naziri Yair Lapidin bu həftə BMT Baş Assambleyası çərçivəsində Ərdoğanla görüşü gözlənilir.

D
demokrat.az