Generalın vəkilinin halı pisləşdi, iş başında vəfat etdi

HADİSƏ 19 sen 2022, 15:18
Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəkil, 1958-ci il təvəllüdlü Valeriy Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsə də, 64 yaşlı vəkil vəfat edib.

V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub.

Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top