II Elizabetlə vida mərasimi başa çatıb — Kraliça bu gün dəfn olunacaq

DÜNYA 19 sentyabr 2022, 13:28

Böyük Britaniya kraliçası II Elizabetlə Vestminster sarayında vida mərasimi başa çatıb.

Demokrat.az xəbər verir ki, sentyabrın 14-də Kenterberi arxiyepiskopu kral ailəsinin üzvlərinin iştirak etdiyi ibadət mərasimi keçirib. Bundan sonra zal ictimaiyyətin üzünə açılıb. Kraliçanın cəsədi olan tabut Vestminster zalına qoyulub, saray gecə-gündüz açıq olub.

II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun dəfn mərasimi bu gün Vestminster abbatlığında keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top