“İl ərzində bu şəxslərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək” "Azəriqaz"

SOSİAL 16 sen 2022, 13:19
“Daha çox vakant yerlərimiz fəhlə ( ali təhsilli) kateqoriyası üzrə elan olunur”. 

 Demokrat.az
xəbər verir ki, bunu "Azəriqaz" İB-nin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Qurum rəsmisi bildirib ki, bunların içərisində qaz avadanlıqları istismarı və təmiri üzrə çilingər peşəsi öncəlik təşkil edir:

“Bu peşə üzrə hazırda şirkət üzrə qeyd edilmiş 57 rayon və şəhər üzrə verilmiş elana 4606 nəfər namizəd müraciət edib ki, onların 4495 nəfəri artıq testə dəvət olunub. Bakı və Abşeron üzrə test mərhələsi bitib. Sentyabrın 19-dan 26-na qədər birlik tərəfindən həmin namizədlərin müsabiqəsi təşkil olunacaq. Bu namizdələr müsabiqədən keçdikləri təqdirdə kadr ehtiyatları bazasına alınacaqlar və birlik üzrə il ərzində vakant yerlər yarandıqca həmin namizədlərin yerləşdirilməsi təmin olunacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top