“Azərbaycan Ermənistanın qarşısında daha qəti şəkildə tələblər qoyacaq”— Oqtay Qasımov

GÜNDƏM 13 sen 2022, 19:08
“Ermənistan özünün növbəti təxribatlarını törətdi və bu təxribatlar gözlənilən təxribatlar idi. Bilirsiniz ki, Brüssel görüşündən sonra davamlı şəkildə Azərbaycan-Ermənistan sərhəddində gərginliklər var idi. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və bizim sərhəddimiz atəşə tutulurdu. Bunun da əsas səbəbi Ermənistanın bir formada prosesləri yubatmaq, danışıqları pozmaq və özünün iddia etdiyi kimi Minsk qrupunu dirçəltmək, ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə bir formada Qarabağın statusunu və digər qəbuledilməz məsələləri gündəmə gətirməklə, prosesləri yubatmaq cəhdləri idi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.  Politoloq əlavə edib ki, bu prosesləri yubatmaq üçün də müxtəlif təxribatlara əl atırdı:

“Bu, təxribatların ən iri miqyaslısı bu gecə baş verdi. Eyni zamanda, bir neçə istiqamətdə Gədəbəy, Kəlbəcər, Daşkəsən, Laçın, o cümlədən Zəngilan istiqamətində Aərbaycan ordusunun və sərhəd qoşunların mövqeləri atəşə tutuldu. Çox təəssüf ki, bu təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir neçə hərbiçisi həlak oldu. Onların ruhu qarşısında baş əyririk. Onlar Azərbaycan ərazi bütövlüyü və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi naminə öz həyatlarını itirdilər.Amma Azərbaycan ordusu növbəti dəfə ermənilərin bu təxribatlarına ağır zərbə vurdu. Azərbaycan-Ermənistan sərhəddində Azərbaycana təhlükə yaradan Ermənistan Ordusunun müxtəlif istiqamətlərdə ki, hərbi hissələri, mövqeləri və silah-sursat bazaları məhv edildi. İlkin açıqlamalara görə, Paşinyanın özünün etiraf etdiyi kimi, 49 erməni hərbiçisinin məhv edilib və bu rəqəmin artacağı da gözlənildiyini o, öz çıxışında bildirib. Təbii ki, bu təxribatların ardınca bilirsiniz ki, Paşinyan Rusiya, Fransa prezidentləri, o cümlədən ABŞ dövlət katibi ilə təmaslara keçib, onlara baş verənlərlə bağlı bilgi verdiyini söyləyib, o cümlədən Ermənistan diplomatic sahədə də müəyyən addımlar atdığını qeyd edib. Belə ki, Ermənistanın hərbi müttəfiqi olan Rusiyaya müraciət olunub, bundan başqa KTMT-yə müraciət olunub və proseslərə qarışması istənilib. O cümlədən ATƏT-in, BMT və s. ənənəvi erməni təbliğatı və informasiya savaşı, yəni bu proseslər gözlənilirdi. Bunun əsas səbəbi Ermənistanın Avropa Birliyinin vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesidir və bu danışıqlar zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün bu prosesə pozmağa yönəlmiş addımlar idi. Bugünkü hadisələrin səbəbi digər tərəfdən  Ermənistanın 10 noyabr və 11 yanvar, 26 noyabr Rusiyanın vasitəçiliyi keçirilən görüşlərdə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı məsələlərdir ki, bunlar bu proseslərin yubadılması və öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı bu cür problemlərə gətirib çıxarır”. 

“Qeyd edildiyi kimi, Azərbaycan Ermənistanın növbəti təxribatınıln qarşısını qətiyyətlə alıb və xeyli sayda Ermənistan ordusunun hərbiçilrəi və silah-sursatı məhv edilib. O cümlədən, iki ədəd S-300 hava hücumundan müdafiə sistemi sıradan çıxardılıb  və Azərbaycan Ermənistanın qarşısında daha qəti şəkildə tələblər qoyacaq. Bundan sonra ilk növbədə Qarabağ ərazisindən erməni silahlı birləşmələri son nəfərinə qədər çıxarılmaldıır. İkinci kommunikasiyaların açılması məsələsidir. Bu, Zəngəzur dəhlizi ilə bağlı olan məsələdir. Üçüncü sərhədlərin delimitasiya və demarkasiya məsələləridir. Bunların da başında təbii ki, Avropa Birliyinin təşəbbüsü ilə keçirilən dördüncü görüşdə əldə olunmuş sülh sazişinin hazırlanması və sülh müqaviləsinin bağlanması məsələsidir ki, bunlar həyata keçirilməlidir. Bunlar həyata keçirilməyəciyi təqdirdə bu cür təxribatlar törədən  Ermənistan daha ağır nəticələrlə qarşılaşmalı olacaq”, - deyə analitik sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top