“Paşinyan Moskva səfərində təlimat alıb, onun təxribatlarda əli var" — ŞOK AÇIQLAMA

GÜNDƏM 13 sen 2022, 18:43
“Bu təxribat əslində gözlənilən idi, çünki dördüncü Brüssel görüşündən sonra İrəvana qayıdan Paşinyan yenə sərsəmləməyə başlamışdı. Nikol Paşinyan ağlına gələn bəyanatlarla çıxış edirdi. Yəni, yenidən keçmiş xəyallarına qayıtmışdı. Buradan proqnozlaşdırmaq olardı ki, bu cür təxribatlar olacaq. Bu təxribatların əsas gündəmə gəlməsinin də səbəbi birmənalı şəkildə Paşinyanın Moskva səfəridir. O, Moskvaya gedəndən sonra orada aldığı təlimat əsasında bunları həyata keçirdi”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında  sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. Politoloq qeyd edib ki, Paşinyan Moskva səfəri zamanı ikibaşlı danışdı:

“O, Rusiyanın rolunu çox qabartdı və Paşinyan bununla bildirdi ki, yəni bizim hakimiyyətimizə qərbpərəst hakimiyyət deyirlər, ancaq biz qərbpərəst deyilik. O, öz hakimiyyətini qorumaqdan ötəri seçimini etdi. Çünki Rusiya onu əvəzləmək üçün Vardanyanı göndərmişdi Qarabağa. Paşinyan da yanında ən azında bunu anlayanlar var idi. Beləliklə, o, qibləsini yenə Moskvaya dəyişdi. Onun cəzasını yəqin ki, çəkəcək. Bütün hallarda Rusiyadan alınan təlimat əsasında  bu həyata keçirildi. Eyni zamanda, İranın payının da olduğunu danmaq olmaz. Çünki bugünkü hadisələr göstərir ki, burada papadan çox katolik olmaq istəyən İranmış. Çünki, İranın  İSMA agentliyi çox ədalətsiz və şərəfsiz məlumat yaydı ki, Azərbaycan Ermənistan sərhəddinə hücum edib. Ermənistana hücum edib, dalınca bu azmış kimi İranın Xarici İşlər Nazirliyinin sözçüsü Kənani çıxdı və bəyan etdi ki, Azərbaycan Ermənistan sərhəddinin dəyişdirilməsinə cəhd bizim qırmızı xətttimizdir. Paşinyanın bugünkü parlamentdəki çıxışında da görünən o idi ki, təxribatlarda onu əli var və onun razılığı ilə həyata keçirilib. Çünki adam sərsəmləyir, itkilərlə bərabər deyir ki, Azərbaycan bizdən tələb edir ki, Dağlıq Qarabağ daxili işidir, bu məsələyə baxmaq olmaz. Sonra Nüvədini, Zəngəzuru istəyir, qapalı danışıqlarda guya belə bir şey olub. Bu, Sarkisyanın 5 milyard məsələsinə oxşadı. Hamı çox gözəl bilir ki, Azərbaycan Prezidenti çox gözəl siyasətçidir, ömrü boyu Paşinyan kimi satqınlara belə şey deyə bilməz! Açıq şəkildə bəyan etdi ki, əgər ermənilər ağıllı hərəkət etməsələr biz Zəngəzuru qaytarmaq istəyirik. Amma bunu danışıqların gizli predmeti kimi cəmiyyətə təqdim etmək, özünü qəhrəman kimi göstərmək ki, bax mənə bu təzyiqlər oldu, mən buna razılıq vermədim. Bu, onu göstərir ki, bu adam xəstədir, böyük psixoloqa ehtiyacı var. Bu, siyasi cəhətdən psixologiyası pozğun olan bir adamın çıxışına bənzəyir. Ona görə də, onlar bu addımı atdılar və cavabını aldılar”. 


C.Nuriyev daha sonra bunları əlavə edib:

“Çox təəssüf ki, dünənki təxribatlarda gənclərimiz şəhid olub. Şəhid olmağın özü də allahın bir mərhəmətidir. Təəssüf ki, o mərhəmət bizə qismət olmadı, gənc balalarımıza qismət oldu. Onların ruhları şad olsun! Allah ailələrinə səbr versin. Ermənistan heç də fikirləşmməsin ki, Rusiya və ya İran gəlib onun yerinə vuruşa biləcək. Bir şeyi də qeyd edim ki, qardaş Türkiyənin bir daha yanımızda olmasına görə onlarla qürur duyuruq. Ümumiyyətlə, Rusiya elə bildi ki, bu təxribatı törətməklə, Ukraynadakı məğlubiyyətinin əvəzini çıxacaq. Bu, alınmayacaq! Azərbaycan 90-cı illərin Azərbaycanı deyil! Rusiya yanlış addımları ilə özünü ölümə aparır və bu yolda onlara uğurlar arzulayıram!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top