Şəhid ailələrinin fərqli məkanlardan edilən oxşar müraciətləri həll olundu — VİDEO

SOSİAL 12 sen 2022, 16:58
Şəhid anası Gülmirə Məmmədovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət qısa zamanda təmin edilib.
 
Demokrat.az xəbər verir ki, vətənin bütövlüyü uğrunda canından keçən Məhəmməd Məmmədovun xatirəsinin əbədiləşdirildiyi abidənin önündən keçən qaz xəttinin yeri dəyişdirilib.
 
Bundan başqa Gülmirə Məmmədovanın digər bir müraciəti əsasında Ağcabədi şəhərinin Füzuli küçəsində yerləşən fərdi yaşayış evi qazlaşdırılıb. Həmçinin şəhid Eltun Qarayevin atası Elman Qarayevin də müraciəti Birliyin əməkdaşları tərəfindən operativ şəkildə təmin edilib.
 
Bərdə rayonu, Qazıqurdalı kəndində ucaldılan şəhid bulağının qarşısından keçən qaz xəttinin yeri dəyişdirilib.
 
Daha ətraflı aşağıdakı videoda izləyə bilərsiz:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top