Bakıda bir yaşlı körpənin müəmmalı ölümü: “Adına heç bir sənəd açılmayıb”

HADİSƏ 12 sentyabr 2022, 14:30
Suraxanı rayonu, Hövsan qəsəbəsində anası tərəfindən yeməyinə hidrogen-peroksid qatılaraq öldürüldüyü iddia olunan bir yaşlı körpə poliklinikada qeydiyyatda olmayıb. 

Bu barədə Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasından Oxu.Az-a verilən məlumatda deyilir:

“Uşağın adına poliklinikada heç bir sənəd açılmayıb. Ailəni tanımırıq. Ailə ilə bağlı heç bir məlumatımız yoxdur”. 

Qəsəbə bələdiyyəsi isə hadisənin onlara aid olmadığını bildirib:

“Məsələdən xəbərimiz yoxdur. Ümumiyyətlə, ailəni tanımırıq və bu məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur”.

İcra hakimiyyəti isə zənglərimizi cavabsız qoydu. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyul 2025, 10:12
Top