Yunanıstan azərbaycanlıların olduğu Türkiyə gəmisinə atəş açıb

GÜNDƏM 10 sen 2022, 21:28
Yunanıstan Bozcadada "Ro-Ro" gəmisinə atəş açıb.

Çanaqqala sahillərində "Anadolu" adlı Ro-ro gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən edilib.

Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi 2 Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top