Azərbaycan nefti bahalaşdı — SON QİYMƏT

SƏNAYE VƏ ENERGETİKA 10 sen 2022, 08:25
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,8 ABŞ dolları, yaxud 3 % artaraq 95,10 ABŞ dolları təşkil edib.

Bu barədə Demokrat.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 92,84 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top