“Qısa zaman sonra “Qisas-2” antiterror əməliyyatı keçirilə bilər“

SİYASƏT 08 sen 2022, 18:02
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan erməni azlığının başçısı Araik Arutyunyan bu gün xeyriyyəçi və milyarder Ruben Vardanyanla görüşüb. Baş separatçı Araik Ruben Vardanyanın Qarabağa köçmək və regionun təhlükəsizliyi və inkişafında birbaşa iştirak etmək qərarını alqışlayıb. Görüş zamanı “əməkdaşlığın perspektivləri” müzakirə olunub.

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib ki, Azərbaycan və Ermənistanın sülhyönümlü danışıqları getdiyi ərəfədə Vardanyan kartının oynanması Rusiyanın növbəti bir təxribatıdır:

“Çünki heç bir şəkildə hansısa bir ölkənin milyardlarla dollara sahib olan bir şəxsi sərbəst olaraq bu şəkildə radikal qərar verə bilməz. İstənilən halda ərazi bütövlüyümüz çərçivəsində sərt addımlar atılmalıdır. Heç bir şəkildə Vardanyan və yaxud da onun kimi digər Ermənistan “siyasi”ləri Azərbaycan ərazisinə daxil olmalı deyillər, o cümlədən də Azərbaycan ərazilərində yaşayan erməni mənşəli tayfalar öz separatist fəaliyyətlərindən əl çəkməlidirlər. Mövcud vəziyyət göstərir ki, qısa zaman sonra “Qisas-2” antiterror əməliyyatlarının keçirilməsinə ciddi zərurət yaranmışdır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top