Zelenski və Şolts arasında telefon danışığı oldu

DÜNYA 07 sen 2022, 20:56
Almaniya Kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirlikdən verilən yazılı açıqlamada Şoltsun Zelenski ilə Ukraynadakı hərbi, humanitar və iqtisadi vəziyyət, eləcə də yenidənqurma da daxil olmaqla dəstək imkanları barədə fikir mübadiləsi apardığı bildirilib.

Danışıq zamanı Şoltsun ölkəsinin Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcəyi vurğulanıb.

Bildirilib ki, Şolts və Zelenski Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi və mühafizəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatının əhəmiyyəti və tövsiyə olunan tədbirlərlə bağlı razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top