Samux sakinlərini “Səyyar qəbul otağı”na gətirən səbəblər — FOTOLAR

SOSİAL 06 sen 2022, 00:07
Regionlarda vətəndaşlarla keçirilən görüşlər çərçivəsində növbəti “Açıq mikrofon” aksiyası Samux rayonunda baş tutub.

Mikrofon önünə keçən Əhmədbəyli kənd sakini Sabir Hümbətov yaşadığı ünvana qaz xəttinin çəkilməsini xahiş edib.

Qarabağlar kəndinin sakinləri Asif Quliyevlə Bəhlul Aslanovun müraciətləri isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.

Bundan başqa vətəndaşlar işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması və sayğacın yerinin dəyişdirilməsi kimi müraciətlərlə çıxış ediblər. Aksiyada iştirak edən 35 sakindən ümumilikdə 31 müraciət qeydə alınıb. Hər bir müraciət Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin yerindəcə baxılmasına dair tapşırıq verilib.



Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top