“İlin axırına qədər Ermənistanla sülh müqaviləsi imzalana bilər” — ŞƏRH

QARABAĞ 05 sen 2022, 17:53
“Ermənisanla əslində nəinki ilin axırına qədər, hətta ondan daha tez sülh müqaviləsi imzalana bilər. Amma bir şərtlə ki, Ermənistan bütün imzalanan maddələrə əməl etsin. Təbii ki, 10 noyabr 2020-ci il tarixində imzalanan Bəyannaməni nəzərdə tuturam”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. 

Sabiq diplomat əlavə edib ki, çox təəssüf ki, Ermənistan tərəfi yenə də təxribatlarla məşğuldur:

“Ermənistan təxribatla məşğul olmasın, bizim irəli sürdüyümüz prinsipləri qəbul etsin. Biz artıq heç nə istəmirik. Biz alicənablıq nümayiş etdiririk, əl uzadırıq, sülh təklifləri irəli sürürük. Əlbəttə ki, ilin axırına qədər bu formatda saziş imzalana bilər. Hətta Brüsseldə belə bir qərar da qəbul olunub ki, artıq bir ay ərzində xarici işlər nazirləri görüşüb, bu məsələyə yenidən baxsınlar və bu sazişin, müqavilənin layihəsini hazırlasınlar. Bu, reallıqdır və biz buna hazırıq. Biz istəyirik ki, regionda sülh və əmin-amanlıq, birlik yaransın. Ermənistan hələlik təxribatlarla məşğul olur. Ölkənin Təhlükəsizlik Şurasının katibi Xankəndiyə gedir, onlarla görüşür. Başa düşürlər ki, Xankəndi Azərbaycan ərazisidir. Belə təxribatlar törədilməsə, əlbəttə ki, saziş imzalana bilər. Ancaq bax bu şərtlərə əməl olunsun, imzalanan maddələr yerinə yetirilsin və təxribatlar törədilməsin”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top