“ProSport” idman klubunun və zalının açılış mərasimi oldu

İDMAN 05 sen 2022, 15:02
“ProSport” idman klubunun və zalının açılış mərasimi baş tutub.

Demokrat.az
xəbər verir ki, tədbirdə tanınmış şəxslər, videoblogerlər, yeniyetmə gimnastlar və onların valideynləri iştirak ediblər.

Mərasimdə ilk olaraq, dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin xatirəsi yad edilib.

Açılışı klubun təsisçiləri beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli ilə Samirə Səlimzadə edib. 

L.Hüseynli çıxışı zamanı dövlət başçısı İlham Əliyevə, həmçinin Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib:

"Cənab Prezidentin, Mehriban xanım Əliyevanın dəstək və qayğısı nəticəsində ölkəmizdə idman inkişaf edir. Beynəlxalq arenalarda bayrağımız yüksəldilir, himnimiz səsləndirilir. Bunun bariz nəticəsidir ki, gimnastlarımız ölkə xaricindəki yarışlardan hər zaman medallarla geri dönürlər". 

Tədbirdə həmçinin məşhur animatorlar çıxış ediblər. Müxtəlif şou proqramları sərgilənib.

Qeyd edək ki, "PrSport" idman klubunda 3 yaşdan 12 yaşa qədər yeniyetmə qızlar bədii gimnastika ilə oğlanlar isə akrobatika ilə məşğul olacaqlar.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top