Ziyafət Əsgərov: “Prezident Brüssel görüşündə bir daha Azərbaycanın sülh məramını ortaya qoydu”

SİYASƏT 02 sen 2022, 15:02
“Xocalıda, Xocavənddə, Xankəndidə yaşayan erməniləri biz Azərbaycan vətəndaşları hesab edirik”. 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib. Deputat əlavə edib ki, əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycanın suverenliyini, müstəqilliyini, sərhəd toxunulmazlığını qəbul edib, orada yaşamaq istəyirlərsə, heç  bir problem yoxdur:


“Azərbaycanda bir çox etnosların nümayəndələri yaşayır, o cümlədən Bakı şəhərinin özündə, Azərbaycanda minlərlə erməni yaşayır. Necə deyərlər, top Ermənistan tərəfindəndir. Yəni, o revanşist qüvvələr yenə də qızışdırıcı hərəkətlərlə məşğul olacaqlarsa, yenə də təxribat törədəcəklərsə, aranı qatacaqlarsa, o zaman bilsinlər ki, “dəmir yumruq” qüvvədədir.

Amma biz sülh əlimizi uzatmışıq. Cənab Prezident avqust ayının 31-də növbəti Brüssel görüşündə bir daha Azərbaycanın sülh məramını ortaya qoydu. Hərçənd, Ermənistanın baş naziri müəyyən məsələləri yenə də gərginləşdirmək və uzatmaq istəyir. Belə siyasətin Ermənistan tərəfindən aparılmasının heç bir perspektivi yoxdur. Çünki beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Yaxşı sən, hansı ağılla, hansı güclə Azərbaycanla bundan sonra mübarizə aparacaqsan? Özü də biz 5 prinsip irəli sürmüşük, 5 prinsipin 5-i də beynəlxalq hüququn tələblərinə tam uyğundur. Beynəlxalq hüququn elə öz prinsipləridir. Yaxşı, sən nə istəyirsən?! Yəni, bunlar bəlkə də qaytardılar xülyası ilə yaşayırlar. Ermənistana heç nə qayıtmayacaq! Nə lazımdırsa, Azərbaycan tərəfindən edilib, bundan sonra da addım-addım ediləcək. Cənab  Prezident dediyi kimi, nəyi, nə vaxt, necə lazım olduğunu Cənab Prezident çox gözəl bilir. Bu siyasət bundan sonra da davam edəcək”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top