Bu liseyin bütün məzunları ali məktəbə daxil oldu — FOTOLAR

GÜNDƏM 01 sen 2022, 13:06
31 avqust tarixi bütün valideynlər üçün həyəcanlı və yaddaqalan keçdi.

Qəbul imtahanlarının nəticələrinin elan olunması bir çox ailəyə sevinc bəxş etdi.

Dünən ali məktəbə qəbul olanlar arasında jurnalist Hikmət Həsənovun oğlu Əli Həsənli də olub. Əli Həsənli “Hədəf” liseyinin məzunudur və əldə etdiyimiz məlumata görə, liseyin bütün məzunları bu il ali məktəbə daxil olublar.

Onlar arasında UNEC, ADNSU, ADU, BDU, Milli Aviasiya Akademiyasına qəbul olanlarla yanaşı, İstanbul Marmara Universiteti, Ankara Medipolu qazananlar da var. Hər bir yeni tələbəni redaksiyamız adından təbrik edirik.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top