Əhəd Əsgərovun Azərbaycandan çıxışına qadağa qoyuldu — SƏBƏB/YENİLƏNİB

BİZNES 26 avq 2022, 21:20
"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru, "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulur.

Demokrat.az
Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə sentyabrın 5-də Bakı Kommersiya Məhkəməsində Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Əhəd Əsgərovun təsisçisi olduğu "STENTOR" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 023 min 752 manat 06 qəpik borcu yaranıb.

Qeyd edək ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var.
 
***19:25

"Optimal Elektronika” MMC Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbərə münasibət bildirib. Açıqlamada deyilir: 

"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun haqqında yazılan qərəzli yazılara cavab olaraq bildirmək istəyirik ki: 

1. Əhəd Əsgərov "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru deyil.

2. Baş direktorun ölkədən çıxışına qadağa qoyulması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. (https://www.taxes.gov.az/az/page/olkeden-getmek-huququnun-muveqqeti-mehdudlasdirilmasi Kod:1K87CJ7) AR Dövlət Vergi Xidmətinin rəsmi saytından istənilən şəxs yoxlaya bilər.

3. Vergi borcu haqqında qeyd olunan borc məbləği və mövcüdluğu həqiqəti əks etdirmir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top