İsveçdə yaşayan 11 yaşlı həmyerlimiz kitab yazdı — FOTOLAR

ƏDƏBİYYAT 26 avq 2022, 16:31
İsveçdə yaşayan 11 yaşlı azərbaycanlı Zəhra Şükürova kitab yazıb.

Demokrat.az xəbər verir ki, “Fredens Följare” (Sülh təqibçiləri) adlanan kitab Ukrayna müharibəsində qaçqın düşən bacı-qardaşdan bəhs edir. Müəllif kitabda əvvəlcə Polşaya, oradan isə İsveçə köçən uşaqların həyatını hekayəyə çevirib. Müəllif diqqəti həm uşaqların sülh istəmələrinə, həm də onların İsveçdə hüzur, firavan həyat tapmalarına çəkib. Kitab İsveç mətbuatında da marağa səbəb olub.

Belə ki, müəllif kitabı haqqında İsveçin bir sıra media orqanlarına müsahibə verib. Müsahibədə Zəhranın cəmi 4 ildir İsveçdə yaşamasına baxmayaraq, yerli dili səlis bilməsi və bu dildə kitab yazmasına diqqət çəkilib. 

Qeyd edək ki, Zəhra Şükürova dörd ildən çoxdur İsveçdə yaşayır. Onun kitaba böyük həvəsi var və oxumağı çox sevir. Müəllif bu kitabı ilə yaşadığı ölkədə ən gənc yazar adına da sahib olub. 

60 səhifədən ibarət kitab məhdud sayda dərc edilib və satış üçün nəzərdə tutulmayıb.(525.az)

 




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top